Ana Sayfa > Xəbər > Putinin Suriya savaşının pərdəarxası - Türkiyəyə qarşı "PKK dövləti"
Putinin Suriya savaşının pərdəarxası - Türkiyəyə qarşı "PKK dövləti"5-10-2015, 16:11. Yazar: admin |
![]() Rusiya Suriyanı faktiki olaraq işğal edir .İŞİD-lə mübarizə bəhanədən başqa bir nəsnə deyil. Rusların bombaladığı ərazilər İŞİD-ın nəzarətində deyil. Türkmənlər yaşayan ərazilər də rus təyyarələrinin bombalarına tuş gəlir. Görünən budur ki, Moskva Suriyaya və bölgəyə tam nəzarət etmək, habelə hava uçuşuna nəzarəti ələ keçirməklə, Qərb təyyarələrinin yolunu bağlamaq istəyir. Baş verənlər fonunda Moskva yalnız Bəşər Əsədə deyil, eyni zamanda bölgədə yaşayan separatçı PKK-ya stavka” edir. Rusiya prezidenti Putin BMT-nin son toplantısında açıq bəyan etdi ki, bölgədəki kürdləri (PKK oxu:red) Dəməşqin və Moskvanın əsas müttəfiqi hesab edir. Moskva hesab edir ki, Qərbi Kürdüstan adlandırılan ərazidə zorla ərəbləşdirilmiş kürdlər yaşayır. Kremldə anlayırlar ki, kürdlər Əsəddən narazıdırlar, lakin Moskva bölgədə əsas rəqibi olan Türkiyəyə qarşı savaşda kürdlərdən istifadə etmək niyyətindədir və odur ki, rəsmi təbliğatında kürdlərin müstəqil dövlət yaratmaq ideyasını dəstəkləyir. Rusiya “kürd kartı”nı işə salmağı onunla izah edir ki, İŞİD-ə qarşı mübarizədə kürdlər daha fəal şəkildə mübarizə aparırdılar. Lakin, silahlandırılan PKK-dır və İŞİD-ə qarşı "mübarizə" sadəcə bu silahlandırmaya qanuni don geyindirmək üçündür. Bir sözlə, rusların baş planında PKK-nın nəzarət etdiyi "PKK dövlət"nin yaradılması məsələsinin durması açıq-aydın görünür. Bu baxımdan Türkiyə Rusiyanın Suriyadakı addımlarından narahatdır. Ankara Suriyadakı PKK qolunun Türkiyənin içərilərinə doğru gələ biləcəyinə ehtiyat edir. Türkiynin güclənməsi və müstəqil siyasət yürütməsi Rusiyanın maraqlarına cavab vermir. Bu baxımından PKK və "Kürdüstan kartı" ilə Kreml Türkiyəni zəiflətmək istəyir. Təbii ki, yaxın gələcəkdə PKK-ya dövlət yaradılacağı real deyil. Moskva bu ideya ilə Türkiyəyə təzyiq edir. PKK-ya dövlət qurulması regionda bir çox tarazlığı dəyişə bilər. Bu yalnız Türkiyənin deyil, həm də İranın maraqlarına cavab vermir. Bu baxımdan Kürdüstan dövlətinin yaranması ikinci İsrailin yaranması kimi qiymətləndirilə bilər. Hazırkı status-kvoda PKK üçün dövlət yaratma kimi planı elan etməklə Türkiyəyə və bölgədəki digər ölkələrə təzyiqlər göstərən Moskva anlayır ki, son zamanlar Türkiyə və Vaşinqton arasında münasibətlər də gərginləşib. İraqın şimalında, Suriyada, habelə Türkiyə ərazilərindən ibarət PKK dövlətinin yaradılmasına Ankara imkan verməyəcək. Ruslar bu məsələdə yalnız PKK-dan deyil, eyni zamanda ermənilərdən faydalanmaq niyyətindədirlər. Bu məsələdə İsrailin mövqeyi də Moskva ilə üst-üstə düşür. Qərb mətbuatında dərc olunan məlumatlara görə, İsrail Türkiyəyə qarşı “Liberman planı” adlanan iki bənddən ibarət xüsusi plan işləyib. Həmin plana əsasən, Türkiyədə yaşayan ermənilərin və kürdlərin dəstəklənməsi, milli azlıqların hüquqlarının Ərdoğan hökuməti tərəfindən pozulmasına diqqət çəkən beynəlxalq kampaniyanın keçirilməsi, ermənilərlə kürdlərin iş birliyinə nail olunması nəzərdə tutulub. Libermanın planına uyğun olaraq, İsrailin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri milli azlıqların Türkiyədə sıxışdırılmasına diqqət çəkmək məqsədi ilə geniş təbliğat kampaniyasına cəlb olunacaqlar və bu, ermənilərin PKK ilə sıx bağlılığını zəruri edir. Bir faktı da vurğulamaq lazım gəlir ki, PKK-nın yalnız kürdlərlə bağlanması da yanlış olardı. Türkiyədə bir sıra tarixçilər PKK lideri Abdulla Öcalanın valideynlərinin kürdlər yaşayan ərazilərdə məskunlaşmış ermənilər olduqlarını dəfələrlə yazıblar. Türkiyə mətbuatının yazdığına görə, Abdulla Öcalan ermənidir və onun PKK-nın başına gətirilməsində erməni diasporu və Rusiya önəmli rol oynayıb. Digər tərəfdən, milliyyətçi Daşnaksütyun Partiyası ilə PKK-nın sıx əməkdaşlığı ona gətirib çıxarıb ki, ikincinin rəhbərliyində çoxsaylı ermənilər təmsil olunub. Türkiyə araşdırmaçılarının gəldiyi qənaətə görə, ermənilər anti-Türkiyə çıxışlarını sığortalamq və terrorçu kimi tanınmamaq üçün Türkiyədə yeni terror təşkilatının - PKK-nın qurulması planında fəal iştirak ediblər. Ermənilərin PKK ilə bağlı ilişkilərində daha maraqlı bir məqam isə ondan ibarətdir ki, bu terrorçu təşkilatın Avropada satdığı narkotik və silahın əsas satıcıları ermənilərdir. PKK yalnız kürdlərin deyil, eyni zamanda ermənilərin təşkilatı kimi fəaliyyət göstərir və bu qurumda ermənilərin sayının çoxluğu buna bir misaldır. Başqa bir məqam ondan ibarətdir ki, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən ermənilər bu gün PKK-nın əli ilə hərəkətə keçiblər. Son illər ərzində minlərlə erməni Türkiyəyə axın eləyib və kürdlər yaşayan ərazilərdə məskunlaşıb. Gələcəkdə Kürdüstan dövləti yaranarsa, bu, mahiyyət etibarilə əhalisinin tərkibinə görə Ermənistan olacaq. Bu baxımdan ehtimal edə bilərik ki, Suriyada yalnız suriyalıların taleyi deyil, eyni zamanda bölgənin taleyi həll edilir. Baş verənlər fonunda rusların xəritəsində “müstəqil Kürdüstan”ana da yer ayrılıb. Əslində, Putinin Suriyadakı savaşın əsl mahiyyəti budur. Avropa.info-nun ekspert qrupu Geri dön |