Ana Sayfa > Xəbər > Tanınmış iki siyasi sima arasında CİDDİ MÜBAHİSƏ

Tanınmış iki siyasi sima arasında CİDDİ MÜBAHİSƏ


5-10-2015, 15:42. Yazar: admin
Tanınmış iki siyasi sima arasında CİDDİ MÜBAHİSƏ
35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi qeydə alınan iki siyasi sima Ümid Partiyasının sədri İqbal Ağazadə ilə ASDP sədri Araz Əlizadə arasında söz savaşı təbliğat həftələri başlamadan start götürüb. V çağırış Milli Məclis seçkiləri öncəsi iddialarını irəli sürmüş hər iki partiya sədri söz atışmalarına səbəb kimi bir – birini günahlandırır.

Hafta.az bildiri ki, İqbal Ağzadə mətbuata bunları deyib: “Araz Əlizadəni çox ciddiyə alıram. Hesab edirəm ki, o da ciddi namizədlərdən biridir, amma mən olmasaydım”. Məlumata görə, bu sözlər qarşı tərəfi qıcıqlandırıb. Bir həftə əvvəl əsası qoyulan bu söz atışmaları Araz Əlizadənin “Mən Azərbaycan siyasətində hazırcavab və ironik siyasətçiyəm. Bu üslubumun dadını İqbal Ağazadə də görəcək” cavabı ilə ilk mərhələsinə yekun vurdu.

İqbal Ağazadə bir neçə gün əvvəl Hafta.az-a açıqlamasında 35 saylı Xətai üçüncü seçki dairəsindən yenə də onun seçiləcəyi ehtimalının yüksək olduğunu deyib. 3 dəfə deputat nişanına sahib olmuş Ümid partiyasının sədri bu iddiasını da əsaslandırıb:

“Bilirsiniz, seçicilər orada məni tanıyır, mənim mesajlarıma cavab verirlər. Seçicilərim məni eşidir, mən də seçicilərimi. Bu gün mən həmin binaların qarşısına getsəm, yaşlı qadınından cavanlara, gənclərə qədər hər kəs məni tanıyır. 40 min seçicimin ən azından 20 mini mənə sima etibarı ilə tanışdı. Biz bir-birimizi tanıyırıq”.

İqbal Ağazadənin bu açıqlamasına Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədrinin cavabı özünü çox gözlətməyib. ASDP sədri Araz Əlizadə Hafta.az-a açıqlamasında bildirib ki, İqbal Ağazadə təşviqat kompaniyasına vaxtından əvvəl start verib.

“Biz oktyabrın 9-da başlayacağıq. İqbal Ağazadə deyib ki, ciddi namizəddir, amma mən olmasaydım. Mən əvvəl hesab edirdim ki, İqbal Ağazadə özünə güvənir. Amma sonradan araşdırmalarımız göstərdi ki, qardaşının asfalt zavoduna arxasını söykəyib. Ora bura-asfalt çəkib uşaq yelləncəkləri qoyur. O, başa düşmür ki, bu bələdiyyə səviyyəsidir. Əgər millət vəkili olmaq istəyirsə gərək insanların ürəyinə yol açsın. Əgər 15 ildə o, bu yolu aça bilməyibsə artıq gecdir. Bu adam elə bilir ki, 5 ildən bir asfalt çəkməklə o, yenə gəlib millət vəkili olacaq”.

Araz Əlizadə Ümid Partiyası sədrinin “seçicilər orada məni tanıyır, mənim mesajlarıma cavab verirlər”açıqlamasını da dəyərləndirib. Araz Əlizadə rəqibi həmin dairədə insanlarla da təmasda olmayıb:

“Onu həmin dairədə hər qapı, hər ev tanımır. İqbal Ağazadəni tanısa ancaq həmin həyətlərdəki yelləncəklər tanıyır. İnsanlarla da təmasda olmayıb. Asfalt çəkmək qadağandır. Bu seçiciləri pulla ələ almaqdır. Sonradan məlum oldu ki, o, bütün bunları qardaşının asfalt-beton zavodunun hesabına edir. Asfalt gətirən maşınlar da, işçilər də həmin zavoda məxsusdur. İqbal Ağazadə də bunun hesabına deputat olmaq istəyir, çox heyf”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının bu dairədən namizədi Ağrılı Aliyə Reyman qızıdır.

Geri dön