Ana Sayfa > Xəbər > Türkiyədə son iki ayda 2 min terrorçu məhv edilib
Türkiyədə son iki ayda 2 min terrorçu məhv edilib5-10-2015, 15:41. Yazar: admin |
Türkiyədə son aylarda baş verən terror hadisələri ilə bağlı hesabat xarakterli məlumat açıqlanıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu ölkənin daxili işlər naziri Selami Altınok baş verən terror hadisələrinə dair son hesabatı açıqlayıb. Hesabata əsasən, iyulun 22-dən bəri Türkiyədə ümumilikdə 2483 terror hadisəsi qeydə alınıb. Terror hadisələrinə qarşı 4328 əməliyyat həyata keçirilib, 2 min terrorist isə zərərsizləşdirilib. Qeyd edək ki, baş verən teraktlar nəticəsində onlarla türkiyəli əsgər və polis, həmçinin, mülki vətəndaşlar şəhid olub və ya yaralanıb. Geri dön |