Ana Sayfa > Xəbər > ABŞ-ın Üçüncü Dünya müharibəsi təhdidi
ABŞ-ın Üçüncü Dünya müharibəsi təhdidi5-10-2015, 12:39. Yazar: admin |
ABŞ prezidenti Barak Obama son vaxtlar üçüncü dünya müharibəsi ifadəsini tez-tez dilə gətirir. Rusiya-Ukrayna münaqiçəsinin müzakirəsi və Suriya hadisələrinə Rusiya müdaxiləsindən danışan və emasianal ifadələr işlədən Obama ABŞ-ın yürütdüyü dünya siyasətində münaqişələrin guya üçüncü dünya müharibəsinə gətirib çıxarmamasına çalışır. İfadəni Rusiyaya qarşı bir hərbi təhdid kimi də qiymətləndirmək olar. Çünki Putinin təbirincə desək, Ukraynada qanuni Yanukoviç hakimiyyətinin Amerikanın səyi və təhriki ilə devrilməsi Rusiya-Ukrayna münaqişəsinin yaranmasına səbəb oldu. Suriyada isə baş verənlərin, insan tələfatlarının, qanuni Əsəd hakimiyyətinin devrilməsi mübarizə və ya müharibəsinin əsas müəlliflərindən biri və başda duranı məhz Amerikadır. Deməli, üçüncü dünya müharibəsi baş verərsə bunu Amüruka istəyir, məntiqi ortaya çıxır. Bu gün artıq Rusiyanın hərbi hava qüvvələri üç gündür ki, Suriyada İŞİD dəstələrinin toplaşdığı əsasən Hama, Hums və İdibdə bombardmanlar həyata keçirir. Bunu Putin Vaşinqtondakı görüşündə Obamanın nəzərinə çatdırmılşdı. O, onu da qeyd etmişdi ki, Suriyada stabillik yaratmaq üçün qanuni Əsəd hakimiyyətini müdafiə etmək lazimdir, nəinki devirməyə çalışmaq və Rusiya bu mussiyanı həyata keçirəcəyini, İŞİD qüvvələrinə qarşı vuruşacağını da açıq bəyan etmişdi. Amerikanı Rusiyanın bu addımı ciddi narahat edir. Çünki Obamanın sələfinin böyük məbləğlər hesabına yaratdığı terrorçu dəstə və alətlərin Rusiya tərəfindən məhv edilməsi ilə ABŞ heç zaman razılaşa bilməz. Axı İŞİD hələ onun üzərinə qoyulan missiyanı tam həyata keçirməyib, başqa sözlə, qeyri-Amerikapərəst qüvvələrin və hakimiyyətlərin devrilməsi prosesi başa çatmayıb. Rusiya isə bu işdə maneə kimi ortaya çıxır. Üçüncü dünya müharibəsi təhdidi də bu mənada bir amil kimi ortaya atılır. ABŞ əməli olaraq artıq Almaniyanı, Fransanı, Qətəri, Birləşmiş Krallığı, Səudiyyə Ərəbistanını və Türkiyəni anti-Rusiya əhvalı ilə Rusiyanın bu addımına qarşı qaldırmağa çalışır. Hətta yaranmış koalisiyanın bu gün guya Rusiya hərbi hava qüvvələrinin Suriyada dinc əhalini bombardman etməsi barədə etiraz bəyanatı da səslənmişdir. Artıq bundan öncə də bütün dünyaya bəlli olmuşdu ki, Amerikanın məqsədi Suriyada İŞİD terrorçularını məhv etmək deyil, necə ki, İraqda vaxtilə PKK-ya qarşı Türkiyə həmlələrinə bir şərtlə icazə verilmişdi. Belə ki, Türkiyə bombardmançı təyyarələri yalnız ABŞ hərbi qüvvələri tərəfindən nişan verilən hədəfləri vuracaq, həmin hədəflər isə bəlli oldu ki, kol-kosdan başqa bir şey deyilmiş. ABŞ-ın Rusiyadan İŞİD-i guya məhv etmək kimi kömək istəməsi də buna bənzər bir məsələ olmalı imiş. Rusiya Türkiyə kimi aldanmadı. Bu gün Türkiyənin başına gələnlər isə kimə bəlli deyil? ABŞ-ın dünyada antiterror siyasəti kimi, insan azadlığı uğrunda fəaliyyəti, sülh yaratmaq missiyası, demokratiya istəyi barədə niyyətləri də fiaskoya uğrayır. Nüvə proqramını dayandırmaq cəhdində bütün istiqamətlərdə tətbiq etdiyi sanksiyalara baxmayaraq İran qarşısında aciz qalması və rüsvayçı məğlubiyyəti Amerikanın təkqütblü dünya savaşını dayandırmağın başlanğıcı, başlıca şərti oldu. Rusiyanı Ukraynada dayandıra bilməyən ABŞ indi də dünya müharibəsi terminini dilə gətirməklə nəyə isə nail olmağa, daha dəqiqi onu Suriyadan çəkindirməyə çalışması artıq qarpızın qaranlıq deyil, yarılmış içidir. Akif Heydərli / politoloq Geri dön |