Ana Sayfa > Xəbər > Qurbanov qapıçını cəzalandırdı - Səbəb
Qurbanov qapıçını cəzalandırdı - Səbəb2-10-2015, 18:04. Yazar: admin |
“Qarabağ”ın baş məşqçisi qolkiperə mətbuata açıqlama verməyi yasaqlayıb. Axar.az xəbər verir ki, Qurban Qurbanov son zamanlar səhvləri ilə yadda qalan İbrahim Şehiçi bu şəkildə cəzalandırıb. “Anderlext”lə matçdan sonra qapıçı sportnet.az-a deyib ki, baş məşqçi ona danışmağa icazə vermir, açıqlama verə bilməyəcək. Klubun müdafiəçisi Ansi Aqolli isə azerisport.az-a bildirib ki, Şehiçin buraxdığı səhvləri təkcə o etməyib: “Mənim, hətta Rəşad Sadıqovun da səhvi oldu. Ona görə də yalnız Şehiçin səhvlərini qabartmaq lazım deyil”. Qeyd edək ki, Ağdam klubu “Anderlext”lə görüşdə 1:0 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsində ikinci yerə yüksəlib. Oyunda Şehiç bir neçə səhvi ilə yadda qalıb. Hətta bir epizodda onun səhvindən rəqib qol vura bilərdi. Geri dön |