Ana Sayfa > Xəbər > 100 yaşlı nənəsi məhkəməyə verib - Bakıda intihara cəhd edənin həyatı

100 yaşlı nənəsi məhkəməyə verib - Bakıda intihara cəhd edənin həyatı


2-10-2015, 17:17. Yazar: admin
100 yaşlı nənəsi məhkəməyə verib - Bakıda intihara cəhd edənin həyatı
Bu gün "Gənclik" metrostansiyası yaxınlığında bir nəfərin özünü öldürmək istəməsinə səbəb nənəsi olub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Tamerlan Ələsgərlini 100 yaşlı nənəsi məhkəməyə verib.

Tamerlan babasından ona miras qalan evdə yaşayıb və evin onun olduğunu bildirib. Nənəsi isə onun həmin ev üzərində qeydiyyatının ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Şəmkir rayon məhkəməsinin qərarı Tamerlan Ələsgərli həmin evdə qeydiyyatdan çıxarılıb. Bu qərarla 23 yaşlı gənc həm evi, həm də torpaq sahəsini itirib.

On gün öncə Bakıya gələn Tamerlan rəsmi qurumlara müraciət etmək qərarına gəlib. Prezident Administrasiyasına gedib şikayət etmək istəyən gənc sonra intihara cəhdlə özünə və probleminə diqqət çəkmək istəyib. O, bir neçə gün öncə də Səbail rayonu ərazisində intihara cəhd edib.

Bugünkü özünü öldürmərmə cəhdinin isə FHN və Nərimanov RPI 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən qarşısı alınıb.

Geri dön