Ana Sayfa > Xəbər > Meriya yeni AXCP-yə icazə verdi

Meriya yeni AXCP-yə icazə verdi


2-10-2015, 16:35. Yazar: admin
Meriya yeni AXCP-yə icazə verdi
AXCP Ehtimad Qurultayının 18 oktyabr Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçiriləcəyi rəsmən təsdiqlənib. Bu barədə AzVision.az-a qurumun mətbuat katibi Vüsal Qarayev deyib.

O, bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti qurultayın keçirilməsinə rəsmi icazə verib.

V. Qarayev onu da qeyd edib ki, qurultayın 18 oktyabrda keçirilməsi heç də təsadüfi seçilməyib: “Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub və bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub. Biz bu tarixi seçməklə xalqa, əbədi lider Əbülfəz Elçibəyin ideyalarını davam etdirəcəyimizin mesajını veririk”.

Geri dön