Ana Sayfa > Xəbər > AMİP-də qurultayla bağlı fikir ayrılığı yaranıb
AMİP-də qurultayla bağlı fikir ayrılığı yaranıb2-10-2015, 14:41. Yazar: admin |
Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) qurultayla bağlı fikir ayrılığı yaranıb. AMİP-in baş katibi Arzuxan Əlizadə APA-ya açıqlamasında bildirib ki, fikir müxtəlifliyi qurultayın keçirilmə tarixi ilə əlaqədardır: “Bəziləri partiyanın qurultayının parlament seçkilərindən əvvəl, bir qisim də seçkilərdən sonra keçirilməsinin tərəfdarıdır. Buna görə də bu məsələ Siyasi Şurada müzakirəyə çıxarılacaq. Artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi öz işini yekunlaşdırıb və bütün rayonlarda konfranslar keçirilib. Nizamnaməyə görə, Siyasi Şura Mərkəzi Şuranı çağırmalıdır. Mərkəzi Şurada qurultayın günü müəyyənləşəcək”. A. Əlizadə qeyd edib ki, qurultayın nəzəri cəhətdən oktyabr ayında keçirilməsi mümkündür. Geri dön |