Ana Sayfa > Xəbər > Quldurlar "ABU Petrol"dan 4000 manat aparıb

Quldurlar "ABU Petrol"dan 4000 manat aparıb


2-10-2015, 14:39. Yazar: admin
Quldurlar "ABU Petrol"dan 4000 manat aparıb
Bilgəh qəsəbəsindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinə silahlı basqın təşkil edən şəxslər oradan 4000 manat aparıblar.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu barədə məntəqənin növbə rəisi Orxan Hacıyev əməliyyatçılara ifadəsində deyib.

Onun sözlərinə görə, cinayətkarlar yanacaqdoldurma məntəqəsinə dövlət nömrə nişanı olmayan qırmızı rəngli “VAZ-2107”də gəliblər. Onlar hadisə yerini tərk edərkən videomüşahidə kamerasının yaddaş kartını da çıxararaq naməlum istiqamətdə yoxa çıxıblar.

* * *12:06

Oktyabr ayının 1-də Bilgəh qəsəbəsinə gedən şossedə yerləşən ABU Petrol avtomobil yanacaqdoldurma məntəqəsinin işçilərinə maskalı naməlum adamlar hücum ediblər.

Bu barədə virtualaz.org saytına Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.

Cinayətkarların yanacaqdoldurma stansiyasının ərazisinə “VAZ-2107” markalı avtomobil ilə gəldikləri məlumdur.

Cinayətkarlar stansiya işçilərini ölümlə hədələyərək, onlardan bütün gəliri alıb hadisə yerindən qaçıblar.

Basqın zamanı yanacaqdoldurma stansiyasında üç işçi olub. Zərərçəkənlər cinayətkarların əlində silah olduğunu, amma bu silahın soyuq və ya odlu silah olduğunu müəyyən edə bilmədiklərini deyiblər.

Dəyən zərərin məbləği açıqlanmır, amma məbləğin böyük olduğu məlumdur.

İndi cinayətkarların axtarışı və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Geri dön