Ana Sayfa > Xəbər > Türk ordu generalı şəxsən PKK-nı bombaladı - Foto
Türk ordu generalı şəxsən PKK-nı bombaladı - Foto2-10-2015, 11:43. Yazar: admin |
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Abidin Ünal PKK terror təşkilatına qarşı əməliyyatlarda iştirak edib. Axar.az xəbər verir ki, ordu generalı sentyabrın 26-da Diyarbəkirdən havalanan qırıcıda sükan arxasına keçərək Şimali İraqda PKK-nın Metina adlı düşərgəsini bombalayıb. Qeyd edək ki, sentyabrın 26-da Şimali İraqda keçirilən əməliyyatda PKK-nın 11 hədəfi vurulmuş, terrorçuların sığınacaq və anbarları məhv edilmişdi. Geri dön |