Ana Sayfa > Xəbər > Fransa prezidentindən Rusiyaya xəbərdarlıq - "Yalnız İŞİD-i hədəf almalıdır"

Fransa prezidentindən Rusiyaya xəbərdarlıq - "Yalnız İŞİD-i hədəf almalıdır"


2-10-2015, 11:33. Yazar: admin
Fransa prezidentindən Rusiyaya xəbərdarlıq - "Yalnız İŞİD-i hədəf almalıdır"
Fransa prezidenti Fransua Olland Rusiyanın Suriyada digər müxalif qrupları deyil yalnız İŞİD mövqelərini vurması lazım olduğunu söyləyib.

Avropa.info xəbər verir ki, Parisdə jurnalistlərin suallarını cavablayan Olland açıqlaması zamanı "Hava əməliyyatları haradan gəlirsə gəlsin, yalnız İŞİD-i hədəf almalıdır" deyə bildirib.

Olland Suriyadakı son hadisələrlə münasibət bildirərkən baş verən hadisələrin, siyasi keçid prosesinin Əsəd olmadan həyata keçirilməsi lazım olduğunu sübuta yetirdiyini söyləyib.

Müdafiə naziri Jan-Yves Le Drian dünən verdiyi açıqlamada Rus təyyarələrinin Suriyada İŞİD mövqelərini vurmadığını bildirmişdi. Parlamentdə çıxış edən nazir bunları demişdi:

"Rus təyyarələri, Suriyada hava əməliyyatları həyata keçirdi. Amma işin maraqlı rətəfi odur ki, Rusiya İŞİD mövqelərini vurmadı."

Fransız döyüş təyyarələri, keçən həftə ilk dəfə Suriyanın şərqində İŞİD mövqelərini vurmuşdu.

Xatırladaq ki, Fransa təyyarələri, 8 sentyabrdan bu yana Suriyada İŞİD hədəfləri üzərində kəşfiyyat uçuşları həyata keçirirdi.

Fransa İraqdakı İŞİD hədəflərinə qarşı keçirilən əməliyyatlarda iştirak edir. Amma Əsəd rejimini gücləndirəcəyi səbəbilə Suriyadakı hava əməliyyatlarında iştirak etmir.

Geri dön