Ana Sayfa > Xəbər > Müxalifət və PYD arasındakı anlaşma pozuldu

Müxalifət və PYD arasındakı anlaşma pozuldu


2-10-2015, 10:43. Yazar: admin
Müxalifət və PYD arasındakı anlaşma pozuldu
Suriyada “Hələbin Fəthi Əməliyyat Mərkəzi” adı altından birləşən müxalif qruplar Hələb şəhərinin Şeyx Maqsud məhəlləsində kürd PYD (Demokratik Birlik Partiyası) silahlılarını qəfildən atəşə tutub.

Axar.az xəbər verir ki, PYD-nin mülki avtomobilləri atəşə tutması buna səbəb olub.

PYD ilə “Hələbin Fəthi Əməliyyat Mərkəzi” qruplaşması arasında imzalanan uzunmüddətli anlaşmaya görə, PYD qüvvələri Hələbdə Kastello yolundan keçən mülki və hərbi avtomobillərə atəş açmamalı idi.

Mülki avtomobillərin atəşə tutulması nəticəsində ölən və yaralananlar olub.

Geri dön