Ana Sayfa > Xəbər > Mahir Şükürov “Karşıyaka”dan kənarlaşdırıldı

Mahir Şükürov “Karşıyaka”dan kənarlaşdırıldı


2-04-2015, 16:08. Yazar: admin
Mahir Şükürov “Karşıyaka”dan kənarlaşdırıldı
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubunun heyətindən kənarlaşdırılıb. Vertikal.az xəbər verir ki, bu barədə apasport.az saytına İzmir təmsilçisinin baş məşqçisi Ayhan Akman məlumat verib.

“Qalatasaray”ın keçmiş futbolçusunun sözlərinə görə, milli komandanın Malta ilə oyunu üçün Bakıya gələn Mahir “Karşıyaka”nın düşərgəsinə gec qatıldığı üçün heyətdən uzaqlaşdırılıb. O, bundan sonra komandadan ayrı, fərdi qaydada məşq edəcək.

Həmyerlimiz “Karşıyaka”nın düşərgəsinə bu gün qoşulub ki, onun hərəkəti klub rəhbərliyi və məşqçilər korpusunu özündən çıxarıb. Şükürovun nə vaxta kimi tək məşq edəcəyi hələ bilinmir. Onun Türkiyə klubundan göndərilmək ehtimalı da var: “Əsas komandaya nə vaxt qayıdacağı bəlli deyil”.

Qeyd edək ki, karyerası ərzində tez-tez klub dəyişən Mahir Şükürov ötən ilin yayından “Karşıyaka”nın formasını geyinir.

Geri dön