Ana Sayfa > Xəbər > Rusiya Suriyadakı aviaqruplaşmanın sayını ilk dəfə açıqladı
Rusiya Suriyadakı aviaqruplaşmanın sayını ilk dəfə açıqladı1-10-2015, 17:56. Yazar: admin |
Rusiya Müdafiə Nazirliyi Suriyada yerləşdirilən aviaqruplaşmanın tərkibini və sayını ilk dəfə açıqlayıb. Virtualaz.org saytı xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov Suriyada 50-dən çox döyüş təyyarəsi və vertolyotun yerləşdirildiyini bildirib. “Aviasiya qruplaşması qısa müddət ərzində yerləşdirilib. Biz bunu bacardıq. Çünki əsas material ehtiyatlarının və döyüş sursatlarının əsas hissəsi Tartusdakı maddi-texniki təchizat bazasında var idi. Geriyə ancaq aviasiyanın yenidən dislokasiyası və bəzi avadanlıqların daşınması qalırdı”- deyə Konaşenkov bildirib. Bundan əvvəl ABŞ kəşfiyyatı Suriyanın Latakiyə şəhəri yaxınlığındakı aerodromda Rusiyanın 28 döyüş təyyarəsini və bir neçə vertolyotunu qeydə almışdı. Geri dön |