Ana Sayfa > Xəbər > “Beynəlxalq hüquqda “25 il məsələsi” yoxdur"
“Beynəlxalq hüquqda “25 il məsələsi” yoxdur"1-10-2015, 16:42. Yazar: admin |
Son günlər Azərbaycan mediasında Qarabağ məsələsi ilə bağlı bir sıra fikirlər dolaşmağa başlayıb. Bəzi ünvansız məlumatlarda bildirilir ki, guya Qarabağ məsələsinin sülh və ya müharibə yolu ilə həlli üçün bu il sonuncu ola bilər. Buna da səbəb kimi 25 il atəşkəs rejiminin davam etməsi və mövcud status-kvonun donmuş vəziyyətdə qalması imkan verir ki, işğalçı ölkə işğal etdiyi əraziləri “özününküləşdirə” bilsin. Bu doğrudandamı belədir? Beynəlxalq hüquqda belə bir müddəa varmı? Məsələni Hafta.az-a şərh edən ADA universitetinin professoru Elnur Soltanov bildirib ki, nə beynəlxalq hüquqda nə də beynəlxalq prraktikada elə bir düşüncə yoxdur: “Sadəcə olaraq onu deyə bilərik ki, status-kvo hazırda Azərbaycanın lehinə deyil, bu hal nə qədər çox davam edərsə , bunun üstündən nə qədər çox zaman keçərsə bu faktiki olaraq ölkəmizin xeyrinə olan bir hadisə olmayaraq yorumlana bilər. Azərbaycan tərəfi də dəfələrlə mövcud status-kvo ilə barışmadığını dəfələrlə bəyan edib. Heç yerdə belə bir qanun yoxdur ki, müəyyən bir müddətdən sonra defakto qanunsuzluq de-yure qanunsuzluğa çevrilsin. Normal həyatda da belədir; tutaq ki, bir insan öldürmüsünüzsə o fakt təsdiqini nə vaxt tapırsa cəza da o zaman kəsilir. Onu nə vaxt öldürdüyünün elə bir əhəmiyyəti olmur”. Elnur Soltanov həmçinin vurğulayıb ki, Azərbaycan hər zaman davamlı olaraq Qarabağ məsələsi ilə bağlı mövcud status-kvoya inadkar etirazçı kimi yanaşan tərəf olub: “Onu da qeyd edim ki, beynəlxalq hüquqda bir prinsip də var; siz davamlı olaraq mövcud vəziyyətlə barışmadığınızı siyasi və hüquqi şəkildə ortaya qoymalısınız. Beynəlxalq hüquqda indakar – etirazçı deyilən məhşur bir termin var. Bu o deməkdir ki, qarşı tərəfin davranışı beynəlxalq hüququn əleyhinə belə olsa, sizin siyasi davranışınız o faktın qəbul edilməməsi üzərinə qurulmalıdır. Büynəlxalq praktikada bu hadisə də var. Tutaq ki, bir ölkənin ərazisi beynəlxalq hüquqa zidd olaraq işğal olunubsa, amma zərərçəkən ölkə ona bu və ya digər məqamlarda etirazını dilə gətirmirsə, bu işdə inadkarlıq göstərmirsə bu hal həmin ölkənin əleyhinə işləyir. Bizim bildiyimiz bir fakt var ki, Azərbaycan hər zaman davamlı olaraq bu status-kvoya inadkar etirazçı kimi yanaşan tərəf olub. Ölkəmiz bu işdə həddindən artıq aktiv davranır. Bütün mümkün qurumlarda bu məsələ dilə gətirilir. Ən diplomatik formada çox açıq şəkildə ifadə edən bir tərəfdir. Beynəlxalq hüquqda qəbul edilən bir tezis varsa, həmin sürəkli – etirazçı kimi, ölkəmiz də bunu haqqı ilə ifadə edir. Ona görə də heç bir kriminal hadisə, cinayət zamanla yuyula bilməz. Bu şaiyələr sadəcə olaraq ermənilərin psixoloji müharibəsinin tərkib hissəsidir. Hər halda onlardan da başqa buna inanan tərəf yoxdur”. Elnur Soltanov Azərbaycanın son zaman daha da sıx – sıx səsləndirdiyi müharibə mesajlarının pərdəarxası məqamlarını da şərh edib: “Azərbaycan həmişə Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etməyə çalışır və edir. Ancaq diplomatik danışıqlar var olan kriminal vəziyyətin uzadılması üçün istifadə edilə bilməz. Azərbaycan bu nöqtədə öz hüquqi vəziyyətini bərpa etmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu da beynəlxalq hüquq müstəvisində tənzimlənən bir hadisədir. Çünki Azərbaycanın özünümüdafiə etmə haqqı var. Əgər bu gün sizin insanlarınız əziyyət çəkirsə, bu sizin müəyyən bir müharibə altında olmağınız deməkdir. Müharibə altında oaln bir ölkənin də özünü müdafiə etmək haqqı var ki, bu məsələyə son qoyulsun. Bu haqqın dilə gətirilməsi, müharibəyə belə getməyə hazır olmasını dilə gətirməsi davamlı etirazın tərkib hissəsidir. Azərbaycanın müharibə mesajları mövcud vəziyyətdən nə qədər narazı olduğuna işarədir”. Geri dön |