Ana Sayfa > Xəbər > Moldova Rusiyadan sülhməramlılarını çıxarmasını tələb etdi
Moldova Rusiyadan sülhməramlılarını çıxarmasını tələb etdi1-10-2015, 13:19. Yazar: admin |
Moldova Rusiyanın sülhməramlılarının Dnestryanı bölgədə çıxarılmasını və regionda beynəlxalq vətəndaş missiyasının yerləşdirilməsini tələb edir. Avropa.info xəbər verir ki, bu barədə respublikanın baş naziri Valeri Strelsev BMT-nin Baş Assambleyasında çıxış edərkən deyib. Strelsev Rusiyanı ölkə konstitusiyasına və beynəlxalq tələblərə əməl etməyə çağırıb. Qeyd edək ki, əhalisinin 60%-i rus və ukraynalılardan təşkil olunan Dnestryanı bölgəyə Rusiya sülhməramlıları 1992-ci ildə yerləşdirilib. Geri dön |