Ana Sayfa > Xəbər > Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO

Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO


1-10-2015, 13:04. Yazar: admin
Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO
FaktXeber.com olaraq bu gün Sizlərə mühasirədə qalan komandirin bir gülləsi belə olmadan düşmənin 500 əsgərinin girov götürməsinin tarixçəsini danışacağıq.

Frolov Vasiliy İvanovun qəhrəmanlığına görə Aleksandr Nevskiy medalı ilə təltif olunduğu hadisə 1944-cü ilin aprelində baş verib. Ağır Stalinqrad döyüşlərindən demək olar ki, bir il keçmişdi və sovet qoşunları hər gün daha çox faşistlərin əlindən şəhər və kəndləri azad edirdilər. Almanları SSRİ sərhədlərindən uzaqlaşdıran sovet əsgərləri onları Avropaya tərəfə sıxışdırırdı. 1944-cü ili naprel ayında əsgərlər artıq Polşada idilər.

Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO

Frolovun komandirlik etdiyi hissə Korıtova yaxınlığında yerləşmişdi. Döyüşçülərə ağır tapşırıq verilmişdi – düşmən qoşununun birləşməsinə mane olmaq. Buna görə, əsgərlər fşistlərin qarşısını kəsir, ancaq… mühasirəyə düşürlər.

Yorğun əsgərlər, minimum döyüş sursatı, maksimum alman qoşunu… Hər şey onu göstərirdi ki, döyüşdən sağ çıxan olmayacaq.

Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO

Gecə yarısı almanlar gözlənilmədən sovet əsgərlərinə doğru hücuma keçirlər. Vasiliy İvanoviç bilirdi ki, silah və əsgərlər düşməninkindən qat-qat azdır. Buna görə hiyləgərlik etmək qərarına gəlir: O düşmən mövqeyinə ölçüb biçərək və dəqiq atəş açır. Elə olur ki, birinci partlayışlar almanların ən sıx olduğu yerdə partladı. Atəş bir dəqiqə də kəsilmir. Ancaq cəmi iki mərmi qalanda atəş dayandırılır. Və möcüzə baş verir: almanlar özlərini itirirlər və şimala tərəf geri çəkilməyə başlayırlar, elə orada da dayanırlar. Ağır sükutu kiminsə səsi pozur. Sovet əsgərlərinin mövqelərinə doğru alman əsgəri gəlirdi. O, əllərini yellədir və polşa dilində nəsə deyirdi. Diqqətlə qulaq asdıqda isə eşitdiklərinə inanmadılar: o, təslim olmaq istəyirdi.

Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO

Bu zaman Vasiliyi İvanoviç çox maraqlı bir gediş fikirləşir. O, minimum iki vaqon döyüş sursatı olan komandir kimi alman əsgərin qarşısına çıxır və minnət qoyurmuş ədası ilə bildirir ki, təslim olarlarsa onun və yoldaşlarının həyatlarını bağışlayar. Əsgər geri qayıdır. Bir azdan üfüqdən yenidən həmin əsgər görünür və bildirir ki, komandiri Frolovla danışmaq istəyir. Vasiliy İvanoviç zorla həyəcanını gizlədərək komanda verir ki, hər ehtmiala qarşı son iki mərmini də hazır saxlasınlar. Və alman qoşunlarına tərəf gedir. Lakin ehtiyat etməyə gərək yox idi. Danışıqlar apardığı zabit «əsir düşənlərin həyatına zəmanət verirəm» kəlməsindən sonra təslim olmağa razılaşır.

Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO

Lakin hər şey bununla bitmir. Axı Vasiliy İvanoviçin bölümündə əsgərlərində bir dəfə belə olsa güllə yox idi. Bununla belə əsgərlər onlarla km yol getməli idilər. Frolov burada da biclik işlədir. Belə ki, o, almanların üstünə cəmi iki əsgər qoyur: guya elə bu iki nəfər sizin üçün kifayət edər. Ancaq əsgərlər bilsəydilər ki, heç kəsdə bircə güllə belə olsa yoxdur, əməliyyat fasqoya uğrayardı.

Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO

Lakin hər şey çox yaxşı qurtarır: onlarla sovet əsgəri xilas olunur, 500-ə yaxın alman əsgəri isə sovet qoşunlarına təslim edilir…

Avtomatında bir güllə də olmadan 500 faişisti əsir götürən qəhrəman-FOTO

Geri dön