Ana Sayfa > Xəbər > "Heç kim məni ölkədən uzaqlaşdıra bilməz"

"Heç kim məni ölkədən uzaqlaşdıra bilməz"


1-10-2015, 12:44. Yazar: admin
"Heç kim məni ölkədən uzaqlaşdıra bilməz"
Müğənni Xatun Əliyeva bu mövsümdən parodiya etdiyi ifaçılar sırasına yenilərinin də daxil olduğunu bildirib.

Axşam.az-a açıqlama verən sənətçi buna görə ona irad tutanlara da cavab verib.

X.Əliyeva “Xalq artisti Nazpəri Dostəliyeva onu parodiya etdiyiniz üçün sizi ölkədən uzaqlaşdıracağını demişdi” sualına belə cavab verib:

“Çoxdan idi parodiya etmirdim, tamaşaçılar darıxmışdı. Yenidən başlamışam. Məni heç kimin ölkədən uzaqlaşdırmağa gücü çatmaz. Mən millətimi sevən insanam. Hara gedirəmsə, Azərbaycan üçün darıxıram. Sənət adamları çox diqqət-sevgi görür. Ona görə də xaricdə qala bilmir. Belə insanlara əhəmiyyət vermirəm. Yeni parodiyalarım sırasında meyxanaçı Samirə, Telli Borçalı var”.

Geri dön