Ana Sayfa > Xəbər > Bakıda AA seriyalı maşına hücum- Qızıl oğurlanıb
Bakıda AA seriyalı maşına hücum- Qızıl oğurlanıb2-04-2015, 15:36. Yazar: admin |
Bakıda özəl firmaya məxsus AA seriyalı maşının şüşələri sındırılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində baş verib. Elə həmin küçədə yaşayan Böyük Britaniya vətəndaşı 1977-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi Ram-X firmasına məxsus Nissan–Patrol markalı 10 AA 681 nömrəli avtomobilin şüşələri sındırılıb. Maşından 3 min fund sterlinq, qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqələri oğurlanıb. Faktla bağlı araşdırma aparılır. Geri dön |