Ana Sayfa > Xəbər > Hindistanda 50 yaşlı kişini dana ətinə görə linç elədilər

Hindistanda 50 yaşlı kişini dana ətinə görə linç elədilər


30-09-2015, 17:54. Yazar: admin
Hindistanda 50 yaşlı kişini dana ətinə görə linç elədilər
Hindistanın şimalından olan 50 yaşlı kişi evində mal əti saxlaması barədə şayiələrə görə bir qrup insan tərəfindən qətlə yetirilib.

Bazar ertəsi axşamı bir qrup kişi Uttar Pradeş ştatının Dadri şəhərində Məhəmməd Axlaqı daşa tutub. M.Axlaqın 22 yaşlı oğlu da hücum zamanı ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı 6 nəfər həbs edilib. Polis şayiəni yayanları tapmağa çalışır.

Hindistanda mal kəsmək həssas məsələdir. Hindu dininə sitayiş edən insanlar bu heyvanı müqəddəs hesab edir.

Uttar Pradeş mal kəsiminə, mal ətinin satışına və istifadəsinə qarşı qanunları sərtləşdirən ştatlardan biridir.

Mal ətinin qadağan olunması həmçinin ətin hansı heyvana məxsus olduğunu necə müəyyənləşdirilməsi ilə bağlı suallar doğurub.

M.Axlaqın ailəsi bildirib ki, onların evində mal əti deyil, qoyun əti olub.

Polis ətin yoxlanılması üçün onu laboratoriyaya göndərib.

“Bəzi yerlilər şayiə yayıb ki, Axlaq evində mal əti saxlayıb və mal kəsməklə məşğul olub. Bu şayiələrdən sonra insanlar onun evinə hücum edib” - deyə yerli rəsmilərdən biri "The İndependent Express" qəzetinə bildirib.

Yüksək vəzifəli şəxs olan Kiran SAFP xəbər agentliyinə bildirib ki, “ailənin mal əti yeməsi ilə bağlı xəbər məbəddə yayılıb”.

M.Axlaqın 18 yaşlı qızı Sajida qəzetə bildirib ki, “100 nəfərdən çox insan” onların evinə bazar ertəsi axşamı hücum edib.

“Onlar bizi evdə mal əti saxlamaqda günahlandırdılar, qapımızı qıraraq atamı və qardaşımı döyməyə başladılar. Atamı evdən çıxararaq kərpiclə döydülər. Sonradan öyrəndik ki, bu xəbər məbəddə yayılıb... Soyuducuda bir az qoyun əti var idi... Polis əti yoxlamaq üçün götürüb” - deyə Sajida bildirib.

Xəbər verilir ki, yerli sakinlər həbslərə görə polislə toqquşub və bir çox avtomobil zədələnib.

Uttar Pradeş də daxil olmaqla Hindistanda 11 ştat və iki birlik ərazisi mal, dana, öküz və buğa kəsimini qadağan edir (BBC).

Geri dön