Ana Sayfa > Xəbər > İŞİD Avropanı nüvə silahı ilə vuracaq - Sensasion iddia

İŞİD Avropanı nüvə silahı ilə vuracaq - Sensasion iddia


30-09-2015, 16:13. Yazar: admin
İŞİD Avropanı nüvə silahı ilə vuracaq - Sensasion iddia
İŞİD üzvləri ilə 10 gününü keçirən alman jurnalist Yürgen Todenhofer təşkilatın Qərbə qarşı nüvə hücumu planlaşdırdığını irəli sürüb.

Avropa.info xəbər verir ki, alman jurnalist İŞİD-in içində keçirdiyi 10 gün ərzində əldə etdiyi məlumatları və təşkilatın gələcəyə doğru nəzərdə tutduğu hücum planlarını “Inside IS - Ten Days In The Islamic State” (İŞİD ilə 10 gün) adlı kitabında toplayıb.

ABŞ-ın Yaxın Şərq siyasətini tənqid edən bir şəxs olduğu üçün İŞİD-in bölgəyə girişinə icazə verdiyini vurğulayan 75 yaşlı Todenhofer təşkilatın Avropada bir sıra nüvə hücumalarına hazırlandığını bildirib.

Bölgəyə girməzdən əvvəl İŞİD rəsmiləri ilə bir müddət internetdə danışıqlar apardığını deyən Todenhofer təşkilatın elektron cihazlardan istifadəyə icazə vermədiyi üçün əlində hər hansı bir sübutun olmadığını, amma bu iddianın İŞİD silahlıları ilə etdiyi söhbətlərdən əldə etdiyini bildirib.

İŞİD-i "bu günə qədər gördüyüm ən vəhşi və təhlükəli düşmən" sözləri ilə xarakterizə edən Todenhofer təşkilatın qarşısının alınmasının olduqca çətin olduğunu və təşkilatı məhv edə biləcək yeganə qüvvənin də məhz ərəblər olduğunu bildirib.

Geri dön