Ana Sayfa > Xəbər > İlham Əliyev Vladimir Putinə başsağlığı verib

İlham Əliyev Vladimir Putinə başsağlığı verib


2-04-2015, 15:21. Yazar: admin
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: "Oxot dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm".

Geri dön