Ana Sayfa > Xəbər > ABŞ Rusiya və Türkiyəyə `yox` dedi - Qarabağ məsələsi
ABŞ Rusiya və Türkiyəyə `yox` dedi - Qarabağ məsələsi30-09-2015, 15:55. Yazar: admin |
ABŞ-ın mövqeyi bundan ibarətdir ki, həmsədr ölkələr və münaqişə tərəflərinə qonşu dövlətlər beynəlxalq sülhməramlıların tərkibində olmalı deyillər. AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “Joxovurd” qəzetinin Rusiyanın Qarabağda sülhməramlılar yerləşdirilməsinə dair sualını cavablandırarkən deyib. “Bizim fikrimizcə, tərəflər bu məsələdə həmrəydirlər və bu məsələ artıq müzakirə edilib”, - deyə Uorlik vurğulayıb. Amerikalı diplomat eyni zamanda qeyd edib ki, razılaşma çərçivəsində Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq sülhməramlıların yerləşdirilməsi zəruridir: “Sülhməramlıların tərkibi məsələsi müzakirə olunur, lakin sonda bu məsələ ilə bağlı yekun qərarı münaqişə tərəfləri verəcəklər”. Qeyd edək ki, Uorlikin bu açıqlmasından sonra Türkiyənin də münaqişə bölgəsində yerləşdirləcək sülməramlı kontingetin tərkibində təmsil olunması şansları sıfıra enir. Geri dön |