Ana Sayfa > Xəbər > Təmsilçimiz Mustafa Ceceli üçün yazılan mahnını oxuyacaq

Təmsilçimiz Mustafa Ceceli üçün yazılan mahnını oxuyacaq


30-09-2015, 15:27. Yazar: admin
Təmsilçimiz Mustafa Ceceli üçün yazılan mahnını oxuyacaq
“Türkvision” yarışmasında ölkəmizi təmsil edəcək müğənni Mehman Tağıyevin səsləndirəcəyi mahnı artıq dəqiqləşib.

Axşam.az-ın məlumatına görə, təmsilçimiz "İstanbul” adlı bəstə oxuyacaq. Mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə əməkdar artist Elza Seyidcahana məxsusdur.

Bu haqda E.Seyidcahan məlumat verib:

“Bu mahnını Mustafa Ceceliyə vermək istəyirdik. Amma indi qərarımızı dəyişdik. Mahnını türkiyəli musiqiçilərlə birlikdə hazırlayacaq, qardaş ölkədə aranjiman etdirəcəyik. "İstanbul"u orada eşidənlər bunu azərbaycanlı xanımların hazırladığına inanmadılar. Deyirdilər ki, bu adam İstanbulda yaşamalıdır ki, belə gözəl sözlər yazsın. Mehman güclü səsdir, həm də səhnəyə yaraşır. Üzümüzü ağ edəcəyinə inanıram”.

Qeyd edək ki, M.Tağıyev ATV-də yayımlanan "Azərbaycanın səsi" yarışmasının qalibi olub. O, E.Seyidcahanın tələbəsi idi. Ötən il də ölkəmizi "Türkvision"da E.Seyidcahanın tələbəsi Elvin Ordubadlı təmsil etmişdi. Müsabiqə bu il İstanbulda keçiriləcək.

Geri dön