Ana Sayfa > Xəbər > Rusiya İŞİD-i Azərbaycandan vurur
Rusiya İŞİD-i Azərbaycandan vurur30-09-2015, 15:19. Yazar: admin |
Qərbi mediasında Rusiya ordusuna məxsus “Tu-154” laynerinin müşayiəti ilə 6 “Su-34” bombardmançı təyyarələrinin Azərbaycanın hava məkanından istifadə etməklə Suriya ərazisinə keçdiyi barədə xəbərlər yayıb. ANS PRESS-in KİV-lərə istinadla verdiyi məlumata görə, təyyarələr Rusiyanın Çeçenistan Respublikasının Mozdok şəhərində yerləşən hərbi bazasından səmaya qalxıb. Qırıcıların uçuş marşurutunun Azərbaycan , Xəzər dənizi , İran və İraq üzərindən olduğu bildirilir. Lenta.ru saytının məlunatına görə, çəkilən şəkillərin birində “Su-34” tipli qırıcı təyyarələrinin çox aşağıdan uçduğu görünür. İddiaya görə, altı qırıcı təyyarənin Suriya ərazisində yerləşən Latakiya şəhərindəki hərbi bazaya enib. Pilotlar bilərəkdən sərnişin təyyarələrinin hərəkət etdiyi yollardan yan keçiblər. İraq üzərindən hərəkət edən zaman təyyarələr radio-sükut rejimində olublar, Suriyanın hava məkanına endikdə isə heyətlər arasında əlaqəni yenidən bərpa ediblər. Rusiya bir müddət əvvəldə Suriya ərazisindəki hərbi möcudluğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 70-ci sessiyasında Rusiya prezidenti Vladimir Putin və Barak Obama arasında keçirilən görüşdən sonra Putin verdiyi açıqlamada Suriyadakı hərbi mövcudluğunu birdaha bəyan edib. Prezident bildirib ki, Rusiya İŞİD -lə mübarizədə Suriyaya hərbi dəstəyini artıracaq, lakin birbaşa əməliyyatlara qoşulmayacaq. Bir müddət əvvəldə Rusiya ən böyük sualtı gəmisini, ordunun ən güclü hərbi təxnikaları sırasına daxil olan "Vladimir" tankı daxil olmaqla 10 tankını və yüzlərlə xüsusi təyinatlı əsgərini Suriya ərazisində İŞİD-lə mübarizə aparmaq üçün göndərdiyi iddia olunurdu. Hətta Rusiyanın Latakiya şəhərində hərbi baza tikməsi barədə məlumatlar yayılıb. Məlumatlar ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən təstiqlənib. Son məlumata görə isə Rusiya Federasiya şurası Rusiya hərbi hava qüvvələrinin Suriya ərazisində istifadəsinə icazə verib. Regionda hərbi münaqişələrin davam etdiyi bir dövrdə Azərbaycanında adının burada hallanması hansısa qüvvələrin Türkiyədən sonra ölkəmizidə terrorla sınağa çəkmək fikirində olduğunu ortaya qoyur. Çünki İŞİD terrorçularını bombalamaq üçün Azərbaycanın hava məkanından istifadə olunması barədə yayılan iddialar birbaşa ona qarşı mübarizə aparmaq deməkdir. Məlumdur ki, ABŞ və onun müttəfiqləri Rusiyanın Suriyada hərbi mövcüdluğundan narahatdır. Belə bir məqamda bu tip xəbərlərin yayılması son dövrlər Azərbaycanın Qərblə gərginləşən münasibətini daha da gərginləşdirmək cəhdi kimi qiymətləndirilir. Geri dön |