Ana Sayfa > Xəbər > Hesablama Palatası 2016-cı ilin büdcəsinə RƏY VERDİ

Hesablama Palatası 2016-cı ilin büdcəsinə RƏY VERDİ


30-09-2015, 13:24. Yazar: admin
Hesablama Palatası 2016-cı ilin büdcəsinə RƏY VERDİ
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Kollegiya İclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib.

Dövlət büdcəsinin layihəsinin tərtibi dövründə müşahidə olunan qlobal və regional iqtisadi proseslər, təsiredici amillər barədə məlumat verilərək sistemli böhran şəraitində dünya ölkələrinin həyata keçirdikləri fiskal tədbirlər Kollegiya üzvlərinin diqqətinə çatdırılıb.

Eyni zamanda, Azərbaycanın növbəti il üçün makroiqtisadi göstəricilərinin dinamikası barədə məlumat verilib. Dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı daha ətraflı məruzə edilərək 2016-cı ilin dövlət büdcəsinin layihəsində əvvəlki illərdən fərqli nəzərdə tutulmuş meyllər diqqətə çatdırılıb, dövlət büdcəsinin kəsiri və dövlət borcu üzrə aparılmış təhlillərin nəticələri barədə danışılıb.

Daha sonra Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün gəlir və xərcləri barədə məlumat verilib, növbəti ildə nəzərdə tutulmuş ayrı-ayrı tədbirlər üzrə həyata keçirilmiş təhlillərin nəticələri diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırlanmış rəydə ilk dəfə olaraq nəticələr və tövsiyələr ümumiləşdirilərək əks etdirilib.

Kollegiya məruzələri müzakirə edərək və “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq hər iki rəyin Milli Məclisə təqdim edilməsi ilə bağlı qərarlar qəbul edib.

Geri dön