Ana Sayfa > Xəbər > Hacı Nuran oktyabrda əməliyyat olunacaq

Hacı Nuran oktyabrda əməliyyat olunacaq


30-09-2015, 12:47. Yazar: admin
Hacı Nuran oktyabrda əməliyyat olunacaq
Bakıya qayıdan aparıcı Hacı Nuran Hüseynov “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, həftəsonu yenidən Almaniyaya qayıdacağını bildirib:

“Üç il vətəndən uzaqda idim. Bakıya qayıtdım, bir müddət qaldım. İndi orada bura üçün darıxıram. Dedim, "Mütləq vətəndə olmalıyam". Üç ildir bu xəstəliyə yoluxmuşam. Həkimlər demişdi 5 il ərzində müayinə olunmalısan. Bir müddət əvvəl yoxlanmağa gedəndə, xəstəxanadan buraxmadılar ki, əlavə problemlər yaranıb. Sentyabrın 15-də trasplantasiya olunmalı idi. Analizlərimin cavabları pis oldu. Həkimlər dedilər ki, bu vəziyyətdə əməliyyat mümkünsüzdür. Xərçəng xəstəliyi belədir... Əməliyyat oktyabra qaldı. Çox böyük məbləğ lazımdır. Bunu qarşılamaq mümkün deyildi. Ölkə başçısı arxamda durdu, hər şeyi qarşıladı. Səhhətimlə də tez-tez maraqlanırlar”.

Xatırladaq ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Avqustda Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.

Geri dön