Ana Sayfa > Xəbər > “Tələbə qəbulu ilə bağlı yeni qanun qəbul edilməlidir”
“Tələbə qəbulu ilə bağlı yeni qanun qəbul edilməlidir”30-09-2015, 12:42. Yazar: admin |
“Cəbhə xətti boyunca baş verən hadisələrin mediaya nəzarətsiz daxil olması informasiya təhlükəsizliyi baxımından əleyhimizə işləyir. Dövlət bununla bağlı sənəd qəbul etsə də, problemlər qalır”. Modern.az saytının verdiyi xəbərə görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O təklif edib ki, KİV haqqında qanunvericiliyə dəyişiklik edilməlidir: “Son günlər cəbhə xəttində lokal xarakterli döyüşlər olur. Əgər hərbi vəziyyət elan edilməyibsə, bu o demək deyil ki, KİV-lərin hərbiyə çıxışı olmalıdır. Bir neçə gün öncə əsgər ölümü mediada sonuncu yerlərdə idi. Bu xəbərin 5-ci, 7-ci yerdə verilməsi ilə bu məsələnin nə qədər önəmli olmasını göstərirlər. Media cəbhə xəbərlərini ön planda saxlamalıdır və hər kəs də buna riayət etməlidir”. Zahid Oruc hər iki valideynini itirən uşaqların təhsil haqqı məsələsinə də toxunub: “Dövlət 23 yaşına qədər hər iki valideynini itirən uşaqların təhsil haqqını öz üzərinə götürdü. Bu, yaxşıdır. Amma gerçəklikdə belə şərait yaranır. O, 23 yaşına qədər bakalvrı bitirir və magistraturaya daxil olur. Bir il orada oxuyur və ikinci ili təhsil haqqı ilə üz-üzə qalır. Qanunda belə əlavə edilsin ki, o şəxslərə təhsilə başladıqları kimi onun bitməsinə qədər kömək etsinlər”. Deputat ali təhsil müəssisələrinə keçid balının yuxarı qaldırılmasına da münasibət bildirib “Təhsilli gənclər gələcəkdə dövlətin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Məncə, tələbə qəbulu ilə bağlı qanun qəbul edilməlidir. Təhsilə qəbul prosesi şəffaf gedir. Keçid balı qanunla qəbul edilməlidir”. Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, hər şey parlamentin qəbul etdiyi qanunla həll edilmir: “Nazirlər Kabineti də var, hər şeyi bizimlə bağlamayın”. Geri dön |