Ana Sayfa > Xəbər > Seçkilər qış vaxtına keçidi təxirə salır? – NK
Seçkilər qış vaxtına keçidi təxirə salır? – NK30-09-2015, 11:58. Yazar: admin |
Noyabrın 1-nə təyin edilən parlament seçkiləri ilə əlaqədar qış vaxtına keçidin təxirə salınıb-salınmaması barədə heç bir məlumatımız yoxdur. Bu barədə Axar.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən parlament seçkiləri ilə əlaqədar qış vaxtına keçidin təxirə salınıb-salınmayacağı barədə sualı cavablandırarkən bildirildi. Qurum rəsmisinin sözlərinə görə, Türkiyə təcrübəsinin Azərbaycanda da tətbiqi müzakirə edilmir. Qeyd edək ki, Türkiyədə noyabrın 1-nə təyin edilən növbədənkənar parlament seçkiləri səbəbi ilə qış vaxtına keçid təxirə salınıb. Enerji və Təbii Sərvətlər Nazirliyi seçkilərlə bağlı təhlükəsizliyin təmin olunması məqsədilə qış vaxtına keçid tarixinin oktyabrın 25-dən noyabrın 8-nə dəyişdirilməsi barədə qərar qəbul edib. Geri dön |