Ana Sayfa > Xəbər > Saakaşvili ilə Yatsenyuk arasında yeni qalmaqal
Saakaşvili ilə Yatsenyuk arasında yeni qalmaqal29-09-2015, 17:29. Yazar: admin |
Odessa qubernatoru Mixail Saakaşvili Ukrayna baş naziri arseni Yatsenyuku gömrükdə korrupsiyanı artırmaqda və yalançı islahatlar keçirməkdə ittiham edib. Avropa.info xəbər verir ki, Saakaşvili bu haqda “Facebook” səhifəsində yazıb. Saakaşvili hesab edir ki, hökumətin ölkəyə daxil olan mallardan rüsum tutulması haqda yeni qərarı biznesi öldürür, gömrükdə korrupsiyanı gücləndirir. Qərara əsasən gömrükdən keçən mallardan rüsum onların faktiki dəyərinə görə yox, Dövlət Gömrük Xidməti tərəfindən əvvəlcədən müəyyən edilmiş qiymətə əsasən tutulur. Odessa qubernatoruna görə ölkəyə mal gətirən biznesmen malın faktiki dəyərinə görə rüsum ödəyə bilməyəcəyindən rüsumu aşağı salmaq üçün Kiyevdəki əlaqələrinə üz tutacaq. Bu isə sahibkarı əlavə pul ödəməyə məcbur edəcək. Saakaşvili deyib ki, hakimiyyətin düşünülməmiş siyasəti üzündən Odessa əyalətinin büdcəsinə daxil olacaq gömrük daxilolmaları aşağı düşəcək. Qeyd edək ki, Saakaşvili ilə Yatsenyuk arasında siyasi mübahisə 3 sentyabrdan bu yana davam edir. O zaman Saakaşvili baş naziri oliqarxların marağına işləməkdə ittiham etmişdi. Geri dön |