Ana Sayfa > Xəbər > Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirir
Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirir29-09-2015, 16:54. Yazar: admin |
Ukraynanın Dövlət Dəmiryolu şirkəti Moskvaya qarşı sanksiyalar çərçivəsində Rusiya Dəmiryol şirkətinin yükdaşıma bölməsi ilə əməkdaşlığı dayandırıb. Bu barədə sentyabrın 29-da Ukrayna Dəmiryolu şirkəti məlumat yayıb. Qeyd edək ki, Ukrayna sentyabrın 25-dəm Rusiya hava şirkətlərinin də ölkəyə uçuşunu qadağan edib. Həmçinin Rusiya hökumətu buna cavab sabksiyaları hazırlanmasını göstəriş verib. Həmçinin Kiyev bu ay Rusiya şirktləri və rəsmilərinə qarşı sanksiyaları genişləndirib. Söhbət 400 rəsmi və 90 şirkətdən gedir. Rusiyanın ötən ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsinə görə, Kiyevlə Moskva arasında münasibətlər kəskin pisləşib. Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 7- mindən çox adam ölüb. Geri dön |