Ana Sayfa > Xəbər > Rusiya səfiri: “Qarabağda müharibə olmayacaq”
Rusiya səfiri: “Qarabağda müharibə olmayacaq”29-09-2015, 15:22. Yazar: admin |
Dağlıq Qarabağ münaqişəsini hərbi yollarla həll etmək mümkün deyil. O yalnız danışıqlar masası və yalnız sülh yolu ilə həll oluna bilər. AzVision.az xəbər verir ki bu barədə erməni KİV-nə müsahibəsində Rusiyanın ermənistandakı səfiri İvan Volınkin bildirib. Səfirin sözlərinə görə, bu münaqişə ilə ATƏT-in Minsk qrupu və bütün beynəlxalq birlik məşğul olur: “Ona görə də mən heç bir gərginliyin olmayacağını düşünürəm”. Rusiyalı diplomat qeyd edib ki, təmas xətti və sərhəddə baş verənlər böyük təəssüf hissi doğurur: “Mən ölən hərbçilərin ailələrinə başsağlığı verirəm”. Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü ilin sonuna kimi təşkil etmək olarmı sualını Volınkin belə cavablandırıb: “Düşünürəm ki, bu mövzu nazirlərin Nyu-York görüşündə müzakirə edilib. Lakin təəssüflər olsun ki, görüşün nəticələrini bilmirəm”. Geri dön |