Ana Sayfa > Xəbər > Natavan ərə gedəcəyini təsdiqlədi- Toy olacaq

Natavan ərə gedəcəyini təsdiqlədi- Toy olacaq


2-04-2015, 14:41. Yazar: admin
Natavan ərə gedəcəyini təsdiqlədi- Toy olacaq
Müğənni Natavan Həbibi toya hazırlaşır. “Qafqazinfo”nun məlumatına görə, müğənni bu haqda jurnalistlərlə söhbətində məlumat verib:

“Bu yaxınlarda “Olmadı” yeni mahnım işıq üzü görəcək. Murad Arifin “Sənə” mahnısını da ifa etmişəm. Yaya artıq mahnılarım hazırdır".

Natavan jurnalistlərə özəl həyatı ilə bağlı da açıqlama verib. O bildirib ki, toyu olacaq:

"Gözlərim gülür? Subaylar üçün olsun. Toyun vaxtını bilmirəm. Bilən kimi açıqlayacam. İndi enerjimi işə verirəm. Medianın toyda iştirak edib-etməməsini isə bilmirəm. Yuxarıdan icazə verməlidirlər, bəyimiz çox ciddidir. İcazə versə, jurnalistləri də dəvət edəcəm”.

Geri dön