Ana Sayfa > Xəbər > “1000 manata saç boyanmaz” - İradədən salonla bağlı şikayətə cavab

“1000 manata saç boyanmaz” - İradədən salonla bağlı şikayətə cavab


29-09-2015, 14:53. Yazar: admin
“1000 manata saç boyanmaz” - İradədən salonla bağlı şikayətə cavab
Müğənni İradə İbrahimova özünə və bacısı vizajist Nigar İbrahimovaya məxsus gözəllik salonu ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə şikayət edilməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, məsələyə aydınlıq gətirən müğənni bildirib ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun salon haqda səsləndirdiyi fikirlər həqiqətdən uzaqdır:

“Qulağıma çatıb ki, mənim və bacımın adının altında, bizim məkanımız haqqında qara PR etmək istəyənlər var. İddia absurdu, belə bir hadisə olmayıb. Mən Megapolis olan İstanbul kimi bir şəhərdə salonlara gedirəm. Heç orda belə bir qiymət yoxdu. Necə olur ki, Azərbaycanda 1000 manata boya xidməti olsun. Yazını oxuyan oxucu üçün bu rəqəm gülünc görünür. Heç bir salon 1000 manata saç boyamır. İnformasiyaya qətiyyən inanmasınlar. Bizim salona şou-biznesin tanınan zövqlü xanımları gəlir. Salon baha qiymətə, yaxud keyfiyyətsiz iş görsə, birinci oranı tərk edən onlar olardı. “İn studio” var olan gündən həmin xanımlarla bir ailəyə çevrilmişik. Müştərilərimizə gözəllik və komfort bəxş edirik. Heç kim “aldadıblar” sözün işlədə bilməz. Çünki işin məsuliyyətini dərk edirik. Nigar maddiyatdan öncə müştəriyə gözəllik bəxş etməyi düşünüb. Ona görə də, beş adam içindən işinə, peşəkarlığına görə seçilir. Mənə elə gəlir ki, bu xəbəri yayan şəxslər mözvu ilə diqqət çəkmək istəyir. Hamıya bəllidir ki, 1000 manata saç boyanmaz. Eyni zamanda bizdən heç bir müştəri narazı getməyib. “İn studio” artıq bir akademiyaya çevrilib. Xanımların tələbatını nəzərə alaraq, orda gözəllik sirləri aşılanır. Müştərilər aldanmır. Əgər salon müştəri aldadırsa, bunu səsi-sorğı 15 illik fəaliyyəti dövründə çoxdan çıxardı. Bu gün geniş heyətlə və böyüdülmüş şəkildə fəaliyyət göstərməzdi”.

Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Rəşid Behbudov küçəsində yerləşən salona müraciət edən müştərinin 1000 manat qarşılığında saçını rənglətdirdiyi və nəticədən razı qalmadığı haqda açıqlama vermişdi.

O bildirmişdi ki, “İN studio”ya müraciət edən müştəri Türkiyə vətəndaşı olan ustaya yönəldilib. Türk usta isə saç uzun olduğundan mərhələ ilə rənglənməni məsləhət görüb. Müştəri 3 ay ərzində hissə-hissə vəsait ödəyib. Beləliklə, 1000 manat ödəməklə saçını rənglətdirib. Lakin saçları yandırılıb, istədiyi rəng alınmayıb. İndi isə o, salon tərəfindən dəymiş zərərin ödənilməsini tələb edir.

Geri dön