Ana Sayfa > Xəbər > DSK sədri ilə bağlı narkomaniya xəbərinə AYDINLIQ GƏTİRİLDİ
DSK sədri ilə bağlı narkomaniya xəbərinə AYDINLIQ GƏTİRİLDİ29-09-2015, 13:22. Yazar: admin |
Ölkə mediasında 64 saylı Sabirabad Dairə Seçki Komissiyası sədri Şükür İmanovun güya narkotikdən istifadə etdiyinə görə, polis şöbəsinə aparılması xəbəri gündəmdən düşmək bilmir. Hafta.az-ın əməkdaşı adıçəkilən rayonun polis şöbəsi ilə əlaqə saxlayıb. Özünü kapitan Mehbalıyev kimi təqdim edən növbətçi hissə rəhbəri Hafta.az-a açıqlamasında mediada yayılan xəbərlərə aydınlıq gətirib: “Elə bir adam yaxın günlərdə bizim polis şöbəsinə gətirilməyib. Şükür İmanov yaşlı adamdı. Özü də rayonda hörmətli şəxsdi. Elə bir şey qəti ola bilməz. Narkotik istifadəsinə görə polis bölməsinə gətirilməsi xəbərini də sizdən eşidirik. Belə bir fakt bizdə qeydə alınmayıb və həqiqətə uyğun deyil. Bunu dəqiq deyirəm, çünki belə bir fakt olsa idi bilərdik”. Geri dön |