Ana Sayfa > Xəbər > “AFFA-dan gedəcəyim haqda məlumat cəfəngiyyatdır”
“AFFA-dan gedəcəyim haqda məlumat cəfəngiyyatdır”29-09-2015, 13:09. Yazar: admin |
AFFA-da böyük dəyişikliklərin olacağı, Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyevin qurumun qarşıdakı konfransında İcraiyyə Komitəsindən gedəcəyi ilə bağlı məlumatlar yayılıb. Qeyd olunur ki, Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev yenidən komitə üzvü seçilməyəcəklər. AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Modern.az-a açıqlamasında bunların hamısının boş söhbətlər olduğunu vurğulayıb. O qeyd edib ki, konfrans gələn il keçiriləcək və onun hansı ayda keçiriləcəyi hələ dəqiq deyil: “İndidən bu haqda hansısa söhbət gedir. Bu suala cavabım yoxdur, konfransın nə vaxt olacağı bilinmir. Gələn il keçiriləcək seçkilər haqda indi nə söhbət gedə bilər? Bu barədə fikirləşməmişəm, heç fikirləşmirəm də. Kim yazıbdırsa, babalı öz boynuna. Olmayan bir şey haqqında necə yazmaq olar? Bu məsələ olsa, canla-başla yazsınlar, desinlər ki, kim qalır, kim gedir. Amma belə yalan söhbətlər lazım deyil”. O bildirib ki, kimsə kiməsə böhtan atır, kimsə kimdənsə xahiş edir və nəticədə belə xəbərlər yazılır: “Belə etmək olmaz, hər şey ədalətli olmalıdır. Tədbir keçiriləndə onun açıqlaması da olacaq. O zaman kimin qalıb, kimin getdiyi bilinəcək. Amma indidən belə cəfəngiyyatlar heç kimə lazım deyil”. Cahangir Hacıyev İcraiyyə Komitəsinə Bakı Futbol Federasiyasından, Hafiz Məmmədov “Bakı” Futbol Klubundan, Rauf Əliyev isə “Neftçi” Peşəkar Futbol Klubundan seçilib. Geri dön |