Ana Sayfa > Xəbər > Səudiyyə şahzadəsi krala qarşı çıxdı: Hakimiyyət dəyişməlidir
Səudiyyə şahzadəsi krala qarşı çıxdı: Hakimiyyət dəyişməlidir29-09-2015, 10:58. Yazar: admin |
Səudiyyə Ərəbistanı krallığının banisi və ilk hökmdarı Əbdül Əziz ibn Əbdürrəhman Əl Saudun nəvəsi krallıqda hakimiyyətin dəyişdirilməsi tələbi ilə çıxış edib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, adının gizli saxlanılmasını istəyən şahzadə kral Salmanın hakimiyyətdən getməsi üçün 2 açıq məktub yazıb: “Kral ölkədəki situasiyanı idarə etmək qabiliyyətində deyil. Əslində krallığı onun oğlu Məhəmməd ibn Salman idarə edir. Bununla bağlı mənim 4 ya 5 əmim bir yerə toplaşacaq və məktublarımı müzakirə edəcəklər”. Şahzadənin sözlərinə görə, kralın dəyişməsində səudilərin “ikinci nəsli” ilə yanaşı, yerli qəbilə və klanların rəhbərləri də tərəfdar çıxır: “Onlar fikirləşir ki, hakimiyyət dəyişməsə, ölkəni fəlakət gözləyir”. Böyük Britaniyanın “Guardian” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi barədə müzakirələr Kəbədə kranın aşması nəticəsində 100-dən çox insanın və Mina vadisindəki sıxlıq zamanı 750-dən çox zəvvarın həyatını itirməsindən sonra aktuallaşıb. 69 yaşlı Salman ibn Əbdül Əziz Əl Saud bu ilin yanvarında kral Abdullanın vəfatından sonra taxta sahib olub. O, buna qədər Ər-Riyadın qubernatoru və müdafiə naziri postlarını tuturdu. Geri dön |