Ana Sayfa > Xəbər > Kişilər, ata olmaq üçün bunları edin! – Həkim məsləhəti
Kişilər, ata olmaq üçün bunları edin! – Həkim məsləhəti2-04-2015, 12:58. Yazar: admin |
Kişilərdə ata olmaq problemlərinin diaqnozu və müalicəsi qadınlara nisbətən daha asan olur. Aile.lent.az kişilərə ata olmaq şansını artırmaq üçün həkim məsləhətini təqdim edir. İlk əvvəl bu üç şeyə diqqət etməlisiz: pəhriz, həyat tərzi və cinsi həyat (çox arvadlılıqdan uzaq durmaq ) . Ata olmaq istəyən kişilər bədəninə zərərli kimyəvi maddə, şüaları az miqdarda almalıdır. Ağır metal, radiasiya, X-ray şüaları sperma ifrazı və keyfiyyətini pozur. Ağır metallar insanlarda tez çoxalan dəri, qaraciyər, saç, sperma hüceyrələrinə və s. təsir edir. İstilik sperma keyfiyyətinə zərərli olduğundan dar şalvar və alt paltarı geyinməyin. Dar dəri şalvar yumurtalığı sıxır, yun və sıx alt paltarı xayalarda qan axını və istiliyə təsir etdir. Fasiləsiz dizüstü kompüter istifadə etmək, uzun müddət oturmaq, yüksək istilikdə işləmək, sperma və xayalara mənfi təsir edir. Antioksidanla zəngin qidalar, dəniz məhsulları, C, E vitaminləri, parlaq rəngli meyvə, tərəvəz - limon, kök, pomidor, portağal, kələm, brokoli, yağsız toyuq, ət, saf protein, yağ nisbəti az olan süd, qatıq, quru paxla, selenium, sink və fol turşusu sperma keyfiyyətini artırır. Spirtli içki, qırmızı ət, kofein və siqaretdən uzaq durun. Ata olmaq üçün sağlam yaşamaq ilk və əsas başlanğıcdır. Zərərli yemək və içkilərdən uzaq durun, idman edin. Stress səviyyənizi azaldın, hobbilərinizi artırın. Kilolu olmaq spermaya mənfi təsir edir. Siqaret, spirtli içki testesterona, sperma sayına mənfi təsir edir və cinsi zəiflik yaradır. Kişilərin istifadə etdiyi əzələ gücləndirən anabolik steroitlər sperma sayını azaldır. Ata olmaq üçün ilk əvvəl varikoz, enməmiş xaya, zöhrəvi xəstəlik, şiş müayinələrini etdirin. Hormon səviyyələrini yoxlatdırın. Geri dön |