Ana Sayfa > Xəbər > Ann Brasör vəzifəsindən gedə bilər
Ann Brasör vəzifəsindən gedə bilər28-09-2015, 15:13. Yazar: admin |
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası öz işinə başlayır. Bu barədə AzVision.az AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun payız sessiyasının gündəliyində duran əsas məsələ Avropada miqrant böhranıdır. Məlumata əsasən, sessiyada AŞPA-nın Bürosunun və Daimi Komitəsinin hesabatları dinlənəcək, həmçinin AŞPA-nın yeni Baş katibi seçiləcək. Sessiyanın işi oktyabrın 2-də yekunlaşacaq. Qyed edək ki, hazırda AŞPA-nın baş katibi Ann Brasördür. O, Assamblayeda işinə 1993-cü ildə başlayıb. O, AŞ PA-da “Avropa uğrunda liberallar və demokratlar alyansı” qrupuna 2009-cu ildən rəhbərlik edib. 2012-ci ilin yayında Assambleya A.Brasörun Tunisdə hakimiyyətin demokratik yolla təhvil verilməsi haqqında hazırladığı qətnaməni təsdiqləyib. Beləliklə, 2016-cı ilin yanvarında Assambleyaya yeni sədr seçiləcək. Geri dön |