Ana Sayfa > Xəbər > Yusif Bağırzadə bəyanat yaydı - ona imza vərəqələri vermirlər
Yusif Bağırzadə bəyanat yaydı - ona imza vərəqələri vermirlər28-09-2015, 14:57. Yazar: admin |
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən Modern.az-a təqdim edilən bəyanatda bildirilir ki, sentyabrın 19-da Azərbaycan AMİP sədri Yusif Bağırzadənin namizədliyinin qeydə alınması məqsədi ilə sənədlər səlahiyyətli nümayəndə tərəfindən qanunvericiliyə müvafiq qaydada tərtib edilməklə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinə təqdim olunub. “Azərbaycan Respublikasının Seçki Məcəlləsin 53.6-cı maddəsinin tələbinə əsasən müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxaraq namizədliyin irəli sürülməsini təsdiq edən qərar verməlidir. Lakin 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin sədri Hacıyev Faiq sənədlərin təqdim edildiyi gündən 9 gün keçməsinə baxmayaraq, heç bir əsaslı səbəb göstərmədən AMİP sədrinə imza vərəqələri verməkdən imtina edir. Bununla da o, qanunları kobud şəkildə pozur və bununla da ölkə qanunlarına deyil, hansısa qaranlıq dairələrin maraqlarına xidmət etdiyini əcaib formada nümayiş etdirir”. Azərbaycan Milli İstiqlal Partiyası yaranmış vəziyyətdən ciddi narahatlığını ifadə etməklə səlahiyyətli şəxsləri namizədə yaradılan süni problemin aradan qaldırılması üçün təcili addımlar atmağa çağırır bə əks təqdirdə hüquqi və siyasi addımlar atmaq səlahiyyətini özündə saxladığını bəyan edir. Geri dön |