Ana Sayfa > Xəbər > İran prezidenti Nyu-Yorku təcili tərk edir
İran prezidenti Nyu-Yorku təcili tərk edir28-09-2015, 11:28. Yazar: admin |
İran prezidenti Həsən Ruhani Məkkədə həcc zamanı iranlıların həlak olması ilə əlaqədar BMT Baş Assambleyasına səfərini yarımçıq qoyaraq, Tehrana qayıdacaq. “Nyu-Yorka gəldiyi vaxtdan prezident Minadakı hadisələri və həlak olan, yaralanan iranlı zəvvarlar barədə xəbərləri diqqətdə saxlayıb”, - İRNA agentliyi İran prezidentinin mətbuat xidmətindən sitat gətirir. Həlak olan iranlı zəvvarların olduğu ilk təyyarə Tehrana sentyabrın 29-da gələcək, buna görə də Ruhani ABŞ-ı sentyabrın 28-də tərk edəcək. Qeyd edək ki, son məlumatlara görə Məkkədə baş verən faciədə 169 iranlı ölüb, bu ölkənin daha 300 vətəndaşı itkin düşənlər arasındadır.(oxu.az) Geri dön |