Ana Sayfa > Xəbər > “Bir gənc yanımıza gəldi və Əli Kərimlinin iç üzünü açıb cəmiyyətə göstərdi” – Razi Nurullayev

“Bir gənc yanımıza gəldi və Əli Kərimlinin iç üzünü açıb cəmiyyətə göstərdi” – Razi Nurullayev


28-09-2015, 10:30. Yazar: admin
“Bir gənc yanımıza gəldi və Əli Kərimlinin iç üzünü açıb cəmiyyətə göstərdi” – Razi Nurullayev
“Bir gənc yanımıza gəldi və Əli Kərimlinin iç üzünü açıb cəmiyyətə göstərdi. Əli Kərimlini ən sərt sözlərlə tənqid etdi. Ona “diktator” və “gənclərin düşməni” dedi. Sonra o gənc “oyun idi” deyib, onun yanında dayandı”.

Hafta.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib. Əli Kərimlinin keçmiş müavini bildirib ki, Əli Kərimlinin və ətrafının isə bunu gözəl bir iş kimi qələmə verməsi acınacaqlıdır və bəlkə də Azərbaycan gəncliyinə qarşı cinayətidir:

“Gənclərin mənəviyyatını pozanlar, onlara "suka"lıq dərsi keçənlər - Əli Kərimli Məktəbi - ayıb olsun sizə!Əli Kərimli məgər görmür ki, Azərbaycan gəncinin mənəviyyatını pozur? Onlara "suka"lıq, ədəbsizlik, tərbiyəsizlik, mənəviyyatsızlıq, söyüş, təhqir, yalançılıq, "işverən"lik öyrədir? Əli Kərimli və onun ətrafının MƏKTƏBİ! Bu məktəbi keçən gənclər ölkə üçün itirilmiş və mənəviyyatı korlanmış gənclərdir.Yel qayadan nə apardı, cənablar? Özünüzü söydürdünüz, istifadə etdiniz və alnına pis adlar yazdınız. Bundan sonra bu gənclərə öz dostları və valideynləri belə etibar etməz. Biz heç zaman onlara etibar etmədik, güvənmədik. Onlar isə Əli Kərimlini söymək üçün hər gün səy göstərdilər. Ən ağır ifadələr seçdilər. Amma biz bunu heç zaman rəva görmədik. Hər zaman dedik ki, şəxsiyyətə yönəlik heç nə deməyin və yazmayın. Əli Kərimlini təhqir etməyin. Əgər bir gənc öz liderini ağır sözlərlə təhqir edibsə, aşağılayıbsa, alçaldıbsa və bunu özünü lider sayan şəxs qəbul edibsə, qoy qiyməti insanlar versin”.

Razi Nurullayev bildirib ki, Əli Kərimli cənabları gənclərin mənəviyyatını pozur, onlara alçaqlıq etməyi öyrədir və anlamır ki, o gənclər artıq cəmiyyətin və öz yaxınlarının belə etibarını itirir. Onlar itirilmiş və məhv edilmiş Azərbaycan gəncliyinin mənfi və şeytan obrazlarıdır:

“Nə yaxşı ki, onun yanında barmaqla sayıla bilən adamlar var. Öz mənəviyyatını korlayan şəxs digərlərinə mənəviyyatlı siyasət öyrədə bilməz. Çünki belə vərdiş edib. Siyasətə satqınlıq, mənəviyyatsızlıq, liderinə qarşı "işverən"liklə gəlib. Siyasətə ilk dəfə liderinə xəyanət məfhumunu gətirib. Siyasi oponentlərinə qarşı ağıla gəlməyən mənəviyyatsız metodlardan istifadə edib. Onların arvad-uşağını belə söydürüb. Ən yaxın ətrafı, müavinləri və müşavirləri yüzlərlə saxta profillərdən istifadə edərək, insanlara qarşı mənəvi terror düzənləyib”.

Geri dön