Ana Sayfa > Xəbər > AB qaçqın böhranını müzakirə edir

AB qaçqın böhranını müzakirə edir


22-09-2015, 17:46. Yazar: admin
AB qaçqın böhranını müzakirə edir
Avropa Birliyinin daxili işlər nazirləri sentyabrın 22-də miqrant böhranını müzakirə edirlər.

Söhbət hazırda 120 min qaçqının birlik ölkələri qarasında necə bölüşdürülməsindən gedir.

Çexiya və Slovakiya da daxil olmaqla bir sıra üzv ölkələr qaçqın qəbulunda məcburi kvotaya qarşıdırlar.

Avropa Birliyinin liderləri də sentyabrın 23-də qaçqın böhranı ilə bağlı təcili iclas keçirəcəklər.

Bu arada Xorvatiyada qaçqınlarla polis arasında toqquşma olduğu xəbər verilir.

Macarıstan bu günlərdə Serbiya ilə sərhəddi bağladığından qaçqınlar Xorvatiyaya üz tutublar.

Əksəriyyəti Suriya və İraqdan olan qaçqınların çoxu İtaliya, Yunanıstan, Serbiya və Macarıstan vasitəsi ilə Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Geri dön