Ana Sayfa > Xəbər > AST Telmanın bazarına hücum edən mafiya başçısı azadlıqda

AST Telmanın bazarına hücum edən mafiya başçısı azadlıqda


22-09-2015, 16:52. Yazar: admin
AST Telmanın bazarına hücum edən mafiya başçısı azadlıqda
Kriminal aləmin tanınmış nümayəndələrindən biri olan çeçen avtoritet Ruslan Musayev azadlığa çıxıb.

Cebhe.info xəbər verir ki, 11 il azadlıqdan məhrum edilən avtoritetin həbsdən çıxması kriminal dairələr arasında müharibənin alovlanacağını anonsunu verib.

Telman İsmayılovun o zamanlar rəhbəri olduğu Çerkizovski bazarındakı atışmada, bazardakı valyutadəyişmə məntəqələrinə hücumda təqsirləndirilən Musayevin "Alaşka" ləqəbi ilə tanınan qardaşı Alan Musayevin də bu məsələdə ona tam dəstək verəcəyi təxmin edilir.

Alaşka avtoritet Kazbek Dukuzovun yaxın dostu olub. Onların adı 2000-ci illərdə çeçen mafiyasının ən məşhur şəxslərindən biri kimi çəkilib. 2004-cü ildə Alan Musayev Çeçenistanda saxlanılsa da, sonradan xəbərsiz yoxa çıxıb.

Geri dön