Ana Sayfa > Xəbər > Sığorta agentliklərinə nəzarət gücləndi

Sığorta agentliklərinə nəzarət gücləndi


22-09-2015, 16:01. Yazar: admin
Sığorta agentliklərinə nəzarət gücləndi
Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidməti daha 5 sığorta agentinin müddətsiz lisenziyasını ləğv edib.

ANS TV-nin məlumatına görə, sığorta vasitəçiliyi fəaliyyətindən uzaqlaşdırılan şəxslər arasında Türkiyə vətəndaşı da var. Bundan əvvəl də qurum 63 agentin lisenziyasını 3 aylıq dayandırmışdı. Bütün bu addımların məqsədi isə agent fəaliyyətində xoşagəlməz halları aradan qaldırmaqdır. Amma sığorta vasitəçilərinin də öz qayğıları var.

Artıq sığorta agentləri lisenziyaya malik olsalar belə, attestasiyadan da keçməli olacaqlar. Əks halda onlara təkrar lisenziya verilməyəcək. Həmçinin agentlər vaxtı-vaxtında fəaliyyətlərinə dair hesabatlarını Dövlət Sığorta Nəzarəti Xidmətinə təqdim etməlidir. Bu tələblərlə tənzimləyici qurum agent fəaliyyətində xoşagəlməz halların aradan qaldırılmasını planlaşdırır.

Qanunların tələbinə əməl etməyə hazır olduqlarını deyən sığorta vasitəçiləri də hökumətdən bu sahədə sağlam rəqabəti təmin etməyi istəyir. Məsələn agentlər iddia edir ki, onların müştərilərinin məlumatları başqa şirkətlərə ötürülür.

Sığorta agenti Nicat Əlibəyli bildirib ki, avtomobilin satışı zamanı notairat qaydada sığorta polisinin nüsxəsi götürülür. Bu nüxsələr isə sonralara naməlum formada hansısa sığorta agentliklərinə verilir. Bu isə gələcəkdə böyük bir haqsızlığa gətirib çıxardır.

Digər narahatlıq doğuran məqam isə bəzi agentlərinin subagent deyilən şəxsləri işə cəlb etməsidir. Halbuki heç bir qanunda bununla bağlı müddəa yoxdur. Məsələ ilə əlaqədar Dövlət Sığorta Nəzarəti Xidməti də narahatlığını bildirib.


Geri dön