Ana Sayfa > Xəbər > Səfir: Rusiya Azərbaycanın suveren dövlət kimi mövqeyini yüksək qiymətləndirir
Səfir: Rusiya Azərbaycanın suveren dövlət kimi mövqeyini yüksək qiymətləndirir22-09-2015, 13:24. Yazar: admin |
Rusiya mövcud beynəlxalq vəziyyətdə Azərbaycanı dəstəkləyir. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Respublika Veteranlar Təşkilatında keçirilmiş tədbirdə deyib. Səfir bildirib ki, biz sizinləyik və sizi dəstəkləyirik: "İstəyirik ki, Azərbaycan güclü, sabit ölkə olsun". Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın güclü olmasını yüksək qiymətləndirir: "Azərbaycan öz yolu ilə gedir. Rusiya cənub qonşusunun etibarlı qalmasında maraqlıdır". Geri dön |