Ana Sayfa > Xəbər > Xalq artistinin evində qətl törədən qadına 10 İL HƏBS

Xalq artistinin evində qətl törədən qadına 10 İL HƏBS


22-09-2015, 12:21. Yazar: admin
Xalq artistinin evində qətl törədən qadına 10 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində Sabir Qurbanovu qətlə yetirən Yelena Maxrovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 13 il müddətinə ciddi rejimli cəza çəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib.

Yelena Maxrovanın vəkili çıxış edərək, müdafiə etdiyin şəxsin zərərçəkən şəxsi qəsdən öldürmək istəyində olmadığını bildirib. O, məhkəmədən təqsirləndirilən şəxs haqqında verilən Cinayət Məcəlləsinin 120.1( qəsdən adam öldürmə) maddəsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, şəxsin ölümünə səbəb olma) maddəsinin tövsif edilməsini istəyib.

Məhkəmə təqsirləndirilən şəxsə son söz deməyi təklif edib. Y. Maxrova çıxış edərək etdiyi əməldən peşman olduğunu, öldürmək kimi niyyətinin olmadığını bildirib.

Məhkəmə müşavirəyə gedib.

Hakimlər kollegiyasının hökmünə əsasən, Yelena Maxrova barəsində olan Cinayət Məcəlləsinin 120.1( qəsdən adam öldürmə) maddəsi 126.3 (qəsdən sağlamlığa ağır zərbə vurma, şəxsin ölümünə səbəb olma) tövsif edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümümi rejimli həbsxanada çəkəcək.

Xatırladaq ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş S.Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Y.Maxrova X.İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.

Y.Maxrova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

İstintaq zamanı hər iki şəxsin tüfeyli həyat tərzi keçirdiyi məlum olub. Hadisə baş verən gün S.Qurbanov evdəki tanışları ilə yeyib-içib. Evə gələn Yelena sərxoş olan əri ilə mübahisə edib. Əsəbini saxlaya blməyən qadın bıçaqla ona bir zərbə vurub. Daxili qanaxmadan S.Qurbanov elə evdə keçinib.

Geri dön