Ana Sayfa > Xəbər > "Müğənnilərdən hər şey gözləmək olar"

"Müğənnilərdən hər şey gözləmək olar"


22-09-2015, 12:12. Yazar: admin
"Müğənnilərdən hər şey gözləmək olar"
Rejissor Aqil M.Quliyev şou-biznes nümayəndələrini tənqid edib.

Axşam.az-ın məlumatına görə, rejissor “ATV Maqazin” verilişinə açıqlamasında onların reklam üçün hər yola əl atdığını bildirib:

“Mən "şou-biznes meşəsi"ndə, qalmaqallarında yoxam. Buna görə də xoşbəxtəm. Bu onu söyür, o bunu. Nə olacaq? Reklam üçün, məhsul satılsın deyə bazarlıq edirlər. Bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən bu vasitələrə əl atır. Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva bizim nəslin nümayəndələridir. Bu ifaçıların sənətə gələndə məqsədi başqa idi. Onlar oxumaq, istedad göstərmək istəyirdilər. İndikilər çəkilişdə rejissorla dava salıb, 12 saniyədən sonra sosial şəbəkələrdə yazırlar. Özlərini gülünc vəziyyətə qoyurlar. Müğənnilərin 90 faizindən hər şey gözləmək olar. Çıxır deyir ki, "Əşi, bir klip çəkəcək da, nə edəcək?". Elə bil dırnaq düzəltdirirlər. Baxıram ki, bizdən sonrakı rejissorlar da klip çəkir, amma tamaşaçını təəccübləndirmirlər. Hamısı ya türk, ya da rus kliplərinin təkrarıdır”.

Geri dön