Ana Sayfa > Xəbər > HDP hədələdi: Türkiyəni parçalayacağıq
HDP hədələdi: Türkiyəni parçalayacağıq22-09-2015, 12:01. Yazar: admin |
![]() Türkiyədə müvəqqəti hökumətin Avropa Birliyi naziri, HDP-çi millət vəkili Heydər Konca noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb. Axar.az xəbər verir ki, seçkilərdəki şəffaflığı şübhə altına alan kürd siyasətçi HDP-yə qarşı haqsızlıq olacağı təqdirdə ölkənin parçalanacağını deyib: “HDP-nin bu və ya digər səbəblərdən səddi keçə bilməməsi Türkiyənin bölünməsi ilə nəticələnəcək. Heç kim bunun qarşısını ala bilməz. Əgər biz Türkiyədə həqiqətən sülhü və qardaşlığı, azadlığı istəyiriksə, HDP-nin demokratik siyasətdə iştirakı mütləqdir. Mən xalqlarımızın bunu çox yaxşı anladığına əminəm. 1 noyabrda yenidən dərs veriləcəyinə şübhə etmirəm”. Qeyd edək ki, Türkiyədə PKK-ya qarşı əməliyyatların başlaması və HDP-nin terror təşkilatına yardım etdiyinə dair faktların ortaya çıxması kürd partiyasının ciddi səs itkisi ilə nəticələnib. İyunun 7-də keçirilən parlament seçkilərində 13,1 faiz səs toplayaraq 80 millət vəkili ilə parlamentə düşən HDP-nin bu uğuru təkrarlayacağı inandırıcı deyil. Geri dön |