Ana Sayfa > Xəbər > İki gənc 50 manatın güdazına getdi
İki gənc 50 manatın güdazına getdi22-09-2015, 11:04. Yazar: admin |
![]() Bakıda soyğunçuluq etdiyinə görə, iki gənc tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Trend-ə verilən məlumata görə, avqustun 3-də Süleyman Rüstəm küçəsində naməlum şəxslər Bakı şəhər sakini Sevdiməli Abdullayevdən iki manat pul istəyib, S.Abdullayev pul kisəsini açdıqda isə onlar 50 manat götürüb qaçıblar. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1996-cı il təvəllüdlü Fərid Xasməmmədov və 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov tutulublar. Geri dön |